28 dekabr 2023 16:01
363

Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparılır- XİN başçısı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib.

“İki sahil”in xəbərinə görə, o, dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var: "Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimdəsə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".

Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir: "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".