28 dekabr 2023 16:27
285

Azərbaycan-Fransa münasibətləri son 30 ildə ən aşağı səviyyədədir- Ceyhun Bayramov

Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti son 30 ildə ən aşağı səviyyədədir.

“İki sahil”in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, bunun səbəbkarı Azərbaycan olmayıb: "Fransaya qarşı addım atmaq istəməmişik. Əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olmuşuq".

Nazirin sözlərinə görə, Fransanın mövqeyi həmişə ermənipərəst olub: "Fransa ermənipərəst mövqeyini gizlədə bilmir, əksinə, bunu açıq göstərir. Fransa artıq anti-Azerbaycan mövqe sərgiləyir. Onun ermənipərəst mövqeyi Azərbaycanofob və anti-Azərbaycan mövqe ilə əvəzlənib".