28 dekabr 2023 17:05
261

Azərbaycan və Ermənistanın Beynəlxalq Məhkəmədə bir-birinə qarşı həll olunası məsələləri var- Nazir

Azərbaycanın Ermənistana, eləcə də Ermənistanın Azərbaycan qarşı beynəlxalq məhkəmədə həll olunası məsələləri var.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Doğrudur ki, əgər iki ölkə sülh sazişi haqqında danışırsa, paralel olaraq hüquqi, media və diplomatik müstəvidə müharibələrin aparılmasının sülhə zərbəsi legitim sualdır”, - nazir bildirib.