28 dekabr 2023 17:25
281

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində ciddi təsisatlanma addımları atılıb

Qoşulmama Hərəkatında (QH) Azərbaycanın sədrliyi başa çatmaq üzrədir. Azərbaycanın sədrliyi dönəmində dünyada marağın artmasının şahidi olduq.

“İki sahil” xəbər verir ki, bu fikriləri xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözərinə görə, Azərbaycanın Hərəkata sədrliyi dönəmində ciddi təsisatlanma addımları atılıb.

“Çətin dönəmdə QH üzvlərinin Azərbaycana verdikləri dəstək də göz önündədir. Bu, vacib məqamdır. Azərbaycanın sədrliyi 120 ölkənin yetkin razılığı ilə daha 1 il də uzadıldı və 4 il oldu. Növbəti ildə də Azərbaycanın Hərəkatın fəaliyyətində “troyka” üzv kimi vacib rolu olacaq. Bu təşkilatı ciddi şəkildə irəli aparmaq bizim üçün əvəzolunmaz təcrübə oldu”.