SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey LNG Satış A.Ş.”yə sıxılmış təbii qazın - STQ (CNG - Compressed Natural Gas) satışına dair 30 illik lisenziya verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”də dərc olunan elanda məlumat verilir. Şirkət həmin lisenziyanı Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatından (EPDK) alıb.