01 yanvar 2024 02:14
567

Yanğın baş verən binanın sakinlər təxliyə olunublar - FOTO/VİDEO

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.