02 yanvar 2024 15:21
371

FHN-in dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir

Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 26 dekabr 2023-cü il tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, müvafiq qurum tərəfindən kanalda suyun səviyyəsi aşağı salınmaqla, hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.