10 yanvar 2024 00:47
442

Nyu-York polisi sinaqoqda gizli tunellər aşkarlayıb - VİDEO

ABŞ-nin Nyu-York ştatında sinaqoqun altında qanunsuz tikilmiş tunellər tapılıb.

“İki sahil” xarici KİV-ə istinadla  xəbər verir ki, polis “Bruklin Crown Heights” səmtində “770 Eastern Parkway” ünvanında yerləşən “Chabad-Lubavitch World Headquarters” sinaqoquna basqın edib.

Reyd zamanı polisə müqavimət göstərən və tunellərdən keçərək qaçmağa çalışan şəxslər saxlanılıb.

Sosial media hesablarında “pandemiya dövründə gizli ibadət məqsədilə tunellər qazılıb” və ya “qadınların içəri girə bilsinlər” kimi iddialar yayılsa da, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.