10 yanvar 2024 12:02
291

Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri müəyyənləşib

Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə prezidentliyə namizədin Seçki Qərargahından məlumat verilib.

Bildirilib ki, Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə təyin edilib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.