10 yanvar 2024 15:29
338

Anar: Natəvanın heykəlinə qarşı edilənlər Azərbaycanın mədəni ictimaiyyətini narahat edir

Şairə qarşı böyük mütəfəkkirlər ölkəsində edilənlər nadan bir hərəkətdir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xurşidbanu Natəvanın Fransadakı abidəsinə qarşı qərəzli addımla bağlı təşkil edilmiş tədbirdə bildirib.

"Bu təhqir hərəkəti yolverilməzdir. Bu, Azərbaycanın bütün mədəni ictimaiyyətini narahat edir və biz bunu qətiyyətlə pisləyirik. Tələbimiz odur ki, bu ədəbsiz hərəkətlərə son qoyulusun", - o deyib.