Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə təşkilatın institusionallaşdırılması, onun tərkibində parlament, gənclər və qadın platformalarının yaradılması üçün böyük səylər göstərib.
"Report" xəbər verir ki, bu barədə "BNN Breaking"də dərc olunan məqalədə deyilir.
Müəllifin sözlərinə görə, yeni platformalar Qoşulmama Hərəkatına üzv ölkələrin əhalisinin müxtəlif təbəqələri arasında mühüm məsələlərin müzakirəsinə, suverenlik, ərazi bütövlüyü və hər kəsin müstəqil inkişafı prinsiplərinə sadiqliyin gücləndirilməsinə imkan verəcək: “Azərbaycanın sədrliyinin digər mühüm məqamı onun Bakı Təşəbbüs Qrupuna (BTQ) dəstəyi olub. Onun yaradılması Azərbaycanın ölkələr arasında dinc yanaşı yaşamaq və dövlətlərin daxili işlərinə qarışmamaq tərəfdarı olan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini bir daha vurğulayıb”.
Məqalədə qeyd olunub ki, Qoşulmama Hərəkatına sədrliyini yekunlaşdıran Azərbaycan diqqəti ətraf mühitin dayanıqlılığına yönəldib: “Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazır olduğunu bəyan edib”.
“Ölkənin sədrliyinin başa çatması o demək deyil ki, təşkilatda onun fəallığı azalacaq. O, Qoşulmama Hərəkatını müəyyən edən bitərəflik, müstəqillik və suverenliyə hörmət prinsiplərinə sadiq qalaraq, onun işinə töhfə verməyə və gələcək trayektoriyasını formalaşdırmağa davam edir”, - məqalədə vurğulanıb.
Muxtar Babayev: COP29-da əldə edilən razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər
Elçin Əmirbəyov: Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır