Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim beynəlxalq mükafata layiq görülüb.
“İki sahil” xəbər verir ki, “32-ci Martin Lüter Kinqin həyatını və irsini beynəlxalq salamlama” adlı tədbirdə çıxış edən Xəzər İbrahim Martin Lüter Kinqin irsinin yalnız ABŞ-də deyil, eləcə də dünyanın hər yerində bu gün də əks olunduğunu qeyd edib.
Səfir M.L.Kinqin dünyadakı hər kəsin ümumi dəyəri olduğunu, onun fikirlərinin və fəaliyyətinin bütün dünyanı dəyişdirdiyini bildirib. Eyni zamanda, diplomat çıxışında Azərbaycan tarixində heç bir zaman insanlar arasında irqi və dini ayrı-seçkilyinin olmadağını vurğulayıb və ölkəmizin M.L.Kinq irsinin əsl izləyicilərindən olması ilə qürur hissi keçirdiyini qeyd edib.
Tədbirdə Martin Lüter Kinqin həyatına və irsinə həsr olunmuş bir sıra kateqoriyalar üzrə mükafatlar təqdim olunub. Tədbirə sədrlik edən Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim nüfuzlu “Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.
Qeyd edək ki, mükafat bundan əvvəl bir sıra nüfuzlu şəxslərə təqdim edilib.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib