12 fevral 2016 01:32
137

Siçanların ağrısını hiss etmək istədi...

Adətən insanın dili başına bəla olur, bu dəfə isə  əksi baş verib. ABŞ-da iki  gəncin  sərsəm təcrübəsi  öz dillərinə baha başa gəlib.

Siçan tələsinin öz qurbanı üçün nə qədər ağrıdıcı olduğu çoxlarına məlumdur. Ancaq Denyl Qraçi və Qevin Fii bu ağrıya sinə gəriblər.  Qeyri-adi təcrübəyə imza atan  Qraçi dilinin siçan tələsinə düşməsinin yaratdığı ağrıya şəxsən şahid olmaq istəyib.

Çox əzab çəkdiyi sifətindən bilinsə də, xoşbəxtlikdən tələ onun dilini qoparmayıb. Çılğın gənc təcrübədən əvvəl çox qorxduğunu etiraf edib. Bu qeyri-adi təcrübə qısa zamanda dünya mediasının diqqətini cəlb edib. Qeyri-adi təcrübələrlə dünya şöhrəti qazanan gənclərin son performansı isə fərqli təəssüratlara yol açıb. Görüntünü izləyərkən qorxduqlarını etiraf edən internet istifadəçiləri  Denyl  Qraçinin yersiz cəsarətini alqışlayıblar.