Sovet hakimiyyətinin Bakıda əliyalın insanlara qarşı törətdiyi qanlı qırğından 34 il keçir. Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini xalqımız indiyədək qəlbində yaşadır və onlar heç vaxt unudulmayacaq.
“İki sahil” xəbər verir ki, Qanlı Yanvar faciəsinin 34-cü il dönümü münasibətilə ümumrespublika Hüzn Günündə Culfa şəhərində də şəhidlərin xatirəsinə ucaldılmış abidə, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının məzarları ziyarət edilib.
Tədbirdə idarə və müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.