İtaliyada yaşayan 101 yaşlı Piyetra Koniqlio adlı şəxs xəbər başlığına çevrilib. Düşünə bilərsiz ki, yəqin həmin şəxs yaşı ilə diqqət mərkəzinə düşüb. Amma belə deyil, 101 yaşlı qadın hələ də müəlliməlik edir. Deyir ki, peşəsindən ayrılmaq fikri yoxdur:
"Tanrıya şükürlər olsun ki, yaxşı ömür sürmüşəm. Düzdür, ailə həyatı qurmamışam, heç buna ehtiyacım da olmayıb. Mən əsl sevgini məktəb və şagirdləri sevməkdə görürəm. Səhhətim imkan verdikcə dərs deməyə davam edəcəm".
1939-cu ildən indiyə qədər müəllimə işlədiyini deyən italiyalı şəxs, bir neçə dil bilir. 101 yaşlı müəllimənin yaddaşına gəlincə, bir neçə əsər hələ də onun yadında əzbər qalıb.