Milli Hidrometeorologiya Xidmətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Carbon Gate” iqlim texnologiyaları müəssisəsinin həmtəsisçisi və baş direktoru, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib.
Xidmətdən “İki sahil”ə verilən məlumata görə, görüşdə iqlim dəyişikliyinin təsirləri, karbon emissiyalarının azaldılması, eləcə də bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti müzakirə olunub.
Görüş çərçivəsində Okan Dursun xidmətdə fəaliyyət göstərən Situasiya Mərkəzinin iş prinsipi, “TÜRKMETCAP+” proqnoz sistemi, hidrometeoroloji müşahidə məlumatlarının vizuallaşdırılması, radar müşahidələri, avtomatlaşdırılmış hidroloji müşahidə sistemləri və atmosfer havasının keyfiyyətinin monitorinqi stansiyalarının məlumatları ilə tanış olub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir