03 fevral 2024 13:13
360

Laçın şəhərində yaradılan seçki məntəqəsində 1464 seçici qeydiyyata alınıb

121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsində 1 464 seçici qeydiyyata alınıb. “İki sahil” Secki-2024.az saytına istinadən xəbər verir ki, məntəqə Mərkəzi Seçki Komissiyası tərəfindən bütün lazımi avadanlıqlarla təmin edilib.

Məntəqə üzrə ən yaşlı seçicinin 96 yaşı var və bu yaşda olan iki nəfər fevralın 7-də səyyar seçki qutusu ilə evlərində səs verəcəklər. Bundan başqa seçicilərin tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var.