05 fevral 2024 15:54
284

Çexiya XİN vətəndaşının Azərbaycan sərhədini keçərkən saxlanıldığını təsdiqləyib

Çexiya Xarici İşlər Nazirliyi (XİN) Çexiya vətəndaşının sərhədi keçən vaxt saxlanılmasını təsdiqləyib və qeyd edib ki, bu ölkənin Bakıdakı səfirliyi hazırda konsulluq görüşünü istəyir.

"İki sahil” Çexiyanın ČTK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerova bildirib.