Azərbaycan və Türkiyənin Belarusdakı səfirləri Məhərrəm Əliyevlə Cem İşık müttəfiqlik münasibətləri və səfirliklər arasında sıx əməkdaşlığı müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Türkiyənin Belarusa yeni təyin olunmuş səfiri Cem İşık Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi ziyarəti edib: "Görüşdə Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən qardaşlıq və müttəfiqlik münasibətləri, həmçinin səfirliklər arasında sıx əməkdaşlıq müzakirə olunub".
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub
Prezident: Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir