Sumqayıt şəhərində səhər saat 8:00-dan etibarən növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.
“İki sahil” xəbər verir ki, əhali səsvermədə aktiv iştirak edir.
Bildirək ki, Sumqayıt şəhərində 6 dairə üzrə 162 məntəqə var. Seçici sayı isə 309 632 nəfərdir. Onlardan 4 130 nəfəri ilk dəfə səs verənlər, 1 178 nəfəri isə 18 yaşı bu il tamam olanlardır.
Məntəqələr lazımi avadanlıqlarla tam təmin edilib.