Seçkinin Azərbaycan üçün xeyirli nəticələnəcəyinə ümid edirəm.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycandakı növbədənkənar prezident seçkilərini müşahidə edən TÜRK PA nümayəndə heyətindən olan müşahidəçi, Qırğızıstan Parlamentinin üzvü Ulan Bakasov deyib.
"Biz TÜRK PA olaraq seçkiləri müşahidə etmək üçün buradayıq. Kim qalib gələrsə, Azərbaycanın gələcəyinə uğurlu təsir etməsini arzu edirəm. Namizədlərə də, seçicilərə də uğurlar diləyirəm", Qırğızıstan Parlamentinin üzvü bildirib.