07 fevral 2024 09:48
300

Müşahidəçi: TÜRK PA olaraq Azərbaycanda seçki prosesinin gedişatını izləyəcəyik

TÜRK PA olaraq Azərbaycandayıq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycandakı növbədənkənar prezident seçkilərini müşahidə edən TÜRK PA nümayəndə heyətindən AK Partinin üzvü Mahmut Nazırlı deyib.

"Səhər saat 8-də nümayəndə heyətinin digər üzvləri ilə bərabər seçki qutusunun açılmasına şahidlik etdik. Bu gün ümumilikdə qardaş ölkə Azərbaycanda seçki prosesinin gedişatını izləyəcəyik və ölkəmizə bununla bağlı təqdimat verəcəyik. Dost və qardaş ölkəyə bu önəmli seçimdə uğurlar arzu edirik", - millət vəkili qeyd edib.