116 saylı Qəbələ Dairə Seçki Komissiyasının 59 məntəqəsində 53733 nəfər seçici qeydiyyatdadır.
“İki sahil” xəbər verir ki, dairə üzrə 3720 nəfər seçici ilk dəfə səs verir. Onlardan 853 nəfərin yaşı 80-dən yuxarıdır. Dairə üzrə ümumilikdə 9 məntəqədə müşahidə kamerası quraşdırılıb. 2 saylı seçki məntəqəsində ATƏT-dən olan müşahidəçilər seçkilərin gedişini müşahidə edirlər.