Növbədənkənar prezident seçkiləri ilə bağlı Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər səsvermədə iştirak edir.
“İki sahil” xəbər verir ki, saxlanılan şəxslər 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə səs verirlər. 38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, məntəqə üzrə 1362 saxlanılan şəxs qeydiyyatdadır.