“Hazırda müşahidələrimiz davam edir. Müşahidələrimizin məqsədi seçkilərin beynəlxalq standartlara uyğunluğunu yoxlamaqdır”.
“İki sahil” xəbər verir ki, bunu 27 saylı Sabunçu II seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçi (ATƏT PA) Ulrik Nilsson deyib.
O bildirib ki, sabah press-konfrans olacaq və ümumi müşahidələrinin xülasəsini açıqlayacaq.
"Biz hələ ki az məntəqədə olmuşuq. Sabah ümumi rəyimizi açıqlayacağıq", - o deyib.