07 fevral 2024 13:34
389

“Rəy” Monitorinq Mərkəzi saat 13:00-a qədər olan "exit-poll" nəticəsini açıqladı

7 fevral 2024-ci il tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “Rəy” Monitorinq Mərkəzinin apardığı "exit-poll"da saat 13:00 üçün iştirak göstəricisi açıqlanıb.

“İki sahil” xəbər verir ki, sözügedən "exit-poll"un apardığı müşahidələrə əsasən, saat 13:00-a kimi seçici aktivliyi 43,21% təşkil edir.