07 fevral 2024 13:37
240

Seçkilər yüksək səviyyədə təşkil olunub - Valeri Kolyuç

Bu gün Azərbaycan xalqı üçün tarixi bir gün -ölkənin liderini seçdiyi gündür.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Ali Radasının deputatı, beynəlxalq müşahidəçi Valeri Kolyuç bildirib.

"Seçkilər yüksək səviyyədə təşkil olunub. Biz seçki məntəqələrində növbələri müşahidə edirik və görürük ki, Azərbaycan sakinləri vicdanla, şüurlu şəkildə seçkilərdə iştirak edirlər. Bu, Azərbaycan xalqı üçün tarixi gündür ki, ölkə liderini seçir və bu gün Azərbaycanın bütün sakinləri, o cümlədən,Qarabağda yaşayanlar səs vermək imkanına malikdirlər", - deyə o vurğulayıb.

Kolyuç insanların seçkilərdə fəal iştirak etdiyini, xüsusilə seçki məntəqələrində nə qədər gəncin olduğunu diqqətə çatdırıb.