Mən MDB-nin müşahidəçilər missiyasının üzvüyəm. 58 saylı seçki dairəsində müşahidə aparmaq üçün akkreditə olunmuşam. Səhərdən indiyədək 10 seçki məntəqəsində olmuşuq. Bütün məntəqələrdə seçici fəallığı müşahidə edilib. İnsanlarda bayram ab-havası var. Bu cür fəallıq məni çox təəccübləndirdi.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında MDB-nin müşahidəçilər missiyasının üzvü Murad Krımov söyləyib.
O deyib: “Heç bir pozuntu müşahidə etməmişik. Səsvermə fəal şəkildə keçir, bayram ab-havası var. Biz bu seçki məntəqələrində səslərin hesablanması başa çatanadək və protokollar tərtib edilənədək müşahidə aparacağıq”, - deyə o əlavə edib.