07 fevral 2024 14:52
283

Səsvermə prosesi demokratiyanın bütün qanunlarına uyğun gedir - TÜRKPA nümayəndəsi

Azərbaycanda Prezident seçkilərində səsvermə prosesi demokratiyanın bütün qanunlarına uyğun gedir.

“İki sahil” xəbər verir ki,  bunu Trend-ə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi, Qazaxıstan parlamentinin deputatı Abzal Kuspan deyib.

"Bu gün biz xüsusi olaraq Şuşa şəhərinə gəldik, indi Xankəndidəyik. Dünən Bakı şəhərində olmuşuq. Bizim tərəfimizdən heç bir qanun pozuntusu müşahidə olunmayıb. Ona görə də artıq hesab etmək olar ki, Azərbaycanda, o cümlədən, Xankəndi şəhərində, Şuşa şəhərində seçkilər keçirilib", – o qeyd edib.

"Biz gördük ki, bütün bu 30 il müddətində separatçılar burada heç nə tikməyiblər. Onlar hər şeyi dağıdıblar. Düşmən özünü necə aparır? Ondan əvvəl tikilmiş hər şeyi məhv edir. Amma kifayət qədər qısa müddət ərzində Azərbaycan xalqı və hökuməti burada nə qədər yeni binalar inşa ediblər. Biz öz gözlərimizlə görmüşük ki, Şuşa şəhərində binalar, o cümlədən, kilsələr artıq necə bərpa olunur. Azərbaycan xalqı heç kəsi milliyyətinə, dini inancına görə bölmür", - deyə o yekunlaşdırıb.