07 fevral 2024 16:11
239

Saat 15:00-a Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

“İki sahil” xəbər verir ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 71,25 % olub.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 40,08 % olub.

Qeyd edək ki, saat 15.00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.