07 fevral 2024 16:48
233

Qarabağda soydaşlarınızın seçki hüquqlarından istifadə etməsi gözəl hadisədir - Kadim Durmaz

Uzun illərdən sonra Qarabağda soydaşlarınızın seçki hüquqlarından demokratik şəkildə istifadə etməsi gözəl hadisədir.

“İki sahil” xəbər verir ki,  bunu AZƏRTAC-a Şuşa şəhərində prezident seçkilərini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi Kadim Durmaz söyləyib.

O deyib: “Səhər saatlarından insanların prezident seçkilərində səsvermə prosesində belə fəal iştirak etmələrindən son dərəcə şadıq. Seçki məntəqəsində səsvermənin gedişini izlədikcə bütün hazırlıqların demokratik şəkildə həyata keçirildiyini gördük. Seçkilərin Azərbaycan xalqına və ölkənizə xeyirli-uğurlu olmasını diləyirik”.