Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti azad edilmiş ərazilərdə seçki prosesini izləyiblər.
“İki sahil” xəbər verir ki, ATƏT DTİHB-nun müşahidəçiləri Larn Nyholm (Danimarka) və Yevgeni Luginov (Rusiya) Ağdam, Füzuli, Şuşa və Xankəndi şəhərlərində dairə seçki komissiyaları və məntəqələrə baş çəkiblər.
ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Artur Gerasimov və ATƏT PA-nın əməkdaşı Tim Knoblau da Şuşa, Xankəndi və digər ərazilərdə seçki prosesini izləyiblər.
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib