07 fevral 2024 17:35
251

Azərbaycanda keçirilən demokratik seçkilər Qafqaz üçün nümunədir - Akkan Suver

Türkiyə Mərmərə Vəqfi olaraq bu gün səhər saatlarından etibarən seçki prosesini izləyirik və 36 məntəqədə olmuşuq. Xalqın böyük əksəriyyətinin səsvermədə fəallıq göstərməsi sevindirici haldır.

“İki sahil” xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında seçkiləri müşahidə edən Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib.

O qeyd edib ki, seçkilər tam şəffaf və demokratik qaydada keçirilir, seçicilər istədikləri namizədə səs verirlər. “Seçki prosesində hər hansı bir problemin yarandığını görməmişik. İnsanlar səs vermək üçün öz növbələrini gözləyirlər. Türk dünyasının mühüm ölkəsi olan Azərbaycanda keçirilən demokratik seçkilər Qafqaz üçün nümunədir”.