Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.
“Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”, - Ərdoğan qeyd edib.
Prezident İlham Əliyev: Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək
Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır
Prezident İlham Əliyev: Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub