07 fevral 2024 22:21
246

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

“İki sahil” xəbər verir ki, saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80 % olub.