07 fevral 2024 23:19
235

Şimali Kiprin lideri Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Şimali Kipr Prezidenti bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.