Azərbaycan Respublikasına Pakistana belə inam və etibar göstərdiyi üçün təşəkkür edirəm.
“İki sahil” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı PA-nın (İƏT) heyət rəhbəri Salma Joveria Azərbaycanda keçirilən növnədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, Azərbaycanda seçki prosesi çox şəffaf keçdi.
“Seçki zamanı demokratik prinsiplər qorundu. Seçki fəallığı yüksək idi. Azərbaycan xalqı göstərdi ki, onlar öz demokratik yollarını davam etdirirlər. Dünən seçki məntəqələrində oldum. Orada insanların necə sevincli olduğunun şahidi olduq.
Ümid edirəm ki, Azərbaycanla əməkdaşlığı genişləndirərək, regionda sülhə töhfə verə bilərik”,- deyə o əlavə edib.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub