2024-cü ildə Azərbaycanda pPezident seçkiləri demokratik və ədalətli şəraitdə keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə ASEAN Parlamentlərarası Assambleyasının (AIPA) komitəsinin sədri Saniya Praseut bildirib.
“2024-cü ildə Azərbaycanda keçirilən Prezident seçkiləri uğurlu, azad, ədalətli olub və aktiv seçki hüququna malik 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına öz vətəndaşlıq və siyasi hüquqlarından istifadə etmək imkanı verib”.
O, həmçinin, qeyd edib ki, seçki məntəqələri yaxşı təşkil olunub, seçicilərə öz seçimlərini sərbəst və tam şəkildə bildirmək imkanı yaradılıb. Siyasi partiyalardan olan müşahidəçilərə, yerli və beynəlxalq müşahidəçilərə bütün seçki prosesini yaxından izləmək imkanı verən şəffaf sistem mövcud idi.
"Seçkilər rahat və dinc şəraitdə keçib. Məntəqə bağlandıqdan sonra nümayəndə heyətinin nümayəndəsi müxtəlif seçki məntəqələrində səslərin sayılması və nəticələrin hesablanması prosesini müşahidə etməkdə iştirak edib, seçkilər açıq və şəffaf şəkildə keçirilib. Səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun təşkil olunub və texniki cəhətdən səmərəli olub”.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub