Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə COP29-la bağlı müzakirələr aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə K.Georgieva M.Babayevlə görüşünə dair "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Muxtar Babayev, həmçinin BƏƏ-nin Dubay şəhərində keçirilən "Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti" mövzusu ilə bağlı panel müzakirədə də iştirak edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir