13 may 2017 01:09
454

Dünyanı heyrətə gətirən dəniz canlısı

15 metrlik məxluqun nə olduğunu heç kəs bilmir

İndonizyanın Seram adasının Maluku bölgəsində qəribə hadisə baş verib.

Dalğalar sahilə 15 metrlik dəniz canlısını atıb. Sahilə çıxmadan bir neçə gün əvvəl öldüyü düşünülən müəmmalı dəniz canlısını Asrul Tuanakota adlı yerli sakin kəşf edib. O, bildirib ki, bunu ilk olaraq qayıq zənn edib. Amma bu günə qədər belə bir dəniz canlısının görülmədiyini vurğulayıb.

Dəniz və Sahil idarəsindən bildiriblər ki, bu deformasiya olmuş bir balina da ola bilər. Tuanakotanın kəşfindən sonra çimərlik turist axınına uğrayıb.