Abşeron rayonu Məmmədli kəndində “Makarov” satmaq istəyən şəxs saxlanılıb.
“İki sahil” DİN-ə istinadən xəbər verir ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı Mehdiabad PB-də araşdırmalar davam etdirilir.
Kənar Dairəvi yolda qəza olub, Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq