Fevralın 18-də Dövlət İmtahan Mərkəzi xarici dil üzrə fəlsəfə doktoru və ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirib.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında 7 doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, 7 imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq