19 fevral 2024 11:31
417

İçərişəhər UNESCO-nun dünya irsi təqvimində

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrdən on ikisi təşkilatın 2024-cü il üçün çap etdiyi təqvimdə yer alıb.

Bu barədə "İki sahil"ə Qoruq İdarəsindən məlumat verilib

Təqvimə daxil edilmiş abidələr UNESCO Ümumdünya İrs Siyahısındakı 168 ölkənin 1157 tarixi abidəsi arasından seçilib.

Qürurverici haldır ki, İçərişəhər seçilmiş 12 abidədən biri kimi təqvimə daxil edilmişdir. Qeyd edək ki, sözügedən təqvimin çap edilməsində əsas məqsəd bəşəriyyətin incisi hesab olunan abidələr, onların ümumbəşəri dəyərini daha geniş auditoriyaya çatdırmaqdır.