Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “İki sahil”ə verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.
X.Hüseynova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq