23 fevral 2024 17:03
509

Dünyanın qəribə ləqəblərə malik olan müxtəlif şəhərləri - FOTO

Dünyanın qəribə ləqəblərə malik olan müxtəlif şəhərlərini təqdim edirik: 

Mələklər şəhəri – Los Anceles

ABŞ-nin Kaliforniya ştatında yerləşən və əhali sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Eyni zamanda Los-Anceles dairəsinin mərkəzidir. İspan dilində "Los-Anceles" sözünün tərcüməsi mələklər deməkdir. Los-Anceles şəhərinin gerçək adı "el pueblo de nuestra senora la reina de los angeles de porciuncula"dır. Bu ən uzun şəhər adı sayılır.

Şirlər şəhəri – Sinqapur

Ölkənin adı “şirlər şəhəri” kimi tərcümə olunur. O, qeyri-real gözəl, çox bahalı və inanılmaz təmizdir. Burada zibil qutusunun yanından atılan siqaret kötüyündən tutmuş, küçədə yemək yeməyə qədər hər şeyə görə cərimə oluna bilərsiniz. Cərimələrin məbləğləri isə, qeyd etmək lazımdır ki, təsir edicidir.

Əbədi şəhər – Roma

Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır. Şəhərin arxitekturası qədim dövrü xatırladır. Burada addımbaşı tarixi binalarla rastlaşılır. O qədər gəzməli-görməli yerləri var ki. Əbəs yerə Əbədi şəhər adlandırılmayıb...

Pələnglər şəhəri – Oslo

Oslo Norveçin ən çox əhali yaşayan paytaxt şəhəridir. 1870-ci ildə şəhərin soyuq və təhlükəli olduğuna görə Bjørnstjerne Bjørnson adlı şəxs şəhərə belə bir ləqəb vermişdir.

Adriatik incisi – Dubrovnik

Adriatik dənizinin incisi Dubrovnik, köhnə adı Ragusa, xorvatca “dubrava” sözündən götürülüb, mənası palıd meşəliyi deməkdir. Vaxtilə sıx palıd meşələrinə sahib olub bu bölgə, ancaq, zamanla meşəliklər məhv olub və günümüzə  sadəcə  adı gəlib çatıb. Dubrovnik 1 gündə görülə bilən, 2 gündə gəzilə bilən, 3 gündə kəşf edilən, 4 gündə isə istirahət edilə bilən bir şəhər hesab olunur. Yaxınlıqdakı Lokrum və Cavtat adalarına da gediləcəksə, bu müddət bir az daha uzadıla bilər.

Nigar Orucova, “İki sahil”