25 fevral 2024 22:46
373

“Qarabağ”ın iki oyunu təxirə salınacaq?

“Qarabağ”ın "Neftçi" və “Qəbələ” ilə oyunları təxirə salınmayacaq.

“İki sahil” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu həftə oyun olmasaydı, daha yaxşı olardı: “Bundan əvvəl də bizə lazım idi, yəni "Braqa" ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu görüşü təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, "Qəbələ" ilə matça gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki "Braqa" ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib "Qəbələ" ilə oynamalıyıq. Həm "Neftçi", həm də "Qəbələ" ilə oyun təsdiqlənib. İki oyununun təxirə salınmasının çətin olduğunu dedilər”.