26 fevral 2024 00:26
302

Su İdman Sarayında triatlon yarışı keçirilib

Azərbaycan Triatlon Federasiyası (ATF) və Triterra Baku triatlon klubunun təşkilatçılığı ilə Su İdman Sarayında “İronwind Qış Aquatlon” yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, ilk olaraq aşağı yaş qrupları güclərini sınayıblar. Turnirin davamında 18 yaşdan yuxarı iştirakçılar 1 500 m üzüb, 10 km qaçıblar.

Yarışda 24-ü uşaq olmaqla, ümumilikdə 70 idmançı iştirak edib.

Mükafatları qaliblərə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, baş katibi Seymur Hüseynov, Triterra Baku triatlon klubunun təsisçisi və federasiyanın vitse-prezidenti Rüfət Həsənov, klubun baş məşqçisi Aleksandr Mordasov və Su idman Sarayının direktoru Zaur Yaqubov təqdim ediblər.

Qaliblərə medallar və sertifikatlar verilib.

Mütləq kateqoriyasının qalibləri:

Qadınlar:

1. Yulyana Bataşova,

2. Milanə Xəlilova,

3. Fatimə Alkərəmova.

Kişilər:

1. Roman Qlavatski,

2. Elçin Bəkirov,

3. Vitaliy Yakovlev.