26 fevral 2024 00:52
333

Azərbaycan cüdoçularından Varşavada 2 medal

24-25 fevralda Polşanın paytaxtı Varşava şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçirilib.

“İki sahil” xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl və 1 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 5-ci yeri tutub.

Yarışda -81 kq. çəkidə Məhərrəm İmamverdiyev qızıl medal, +100 kq. çəkidə Kənan Nəsibov isə bürünc medal qazanıb.