26 fevral 2024 02:09
313

Borussiya uduzdu

Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, bu gün 3 görüş baş tutub.

“Ayntraxt” - “Volfsburq” matçında qalib müəyyənləşməyib. “Auqsburq” evdə “Frayburq”a qalib gəlib. Dortmund “Borussiya”sı isə “Hoffenhaym”la ev oyunundan məğlubiyyətlə ayrılıb.

Hazırda “Bayer” 61 xalla vahid liderdir. “Bayern” 53 xalla 2-ci, 47 xalı olan “Ştutqart” 3-cü, 41 xalda qalan Dortmund “Borussiya”sı 4-cüdür.

Almaniya Bundesliqası,

23-cü tur

25 fevral

Ayntraxt – Volfsburq 2:2
Qollar: Maks, 14. Marmuş, 90+2 – Lakrua, 2. Behrens, 36.

Borussiya (Dortmund) – Hoffenhaym 2:3
Qollar: Malen, 21. Şlotterbek, 25 – Bebuu, 2. Bayer, 61; 64.

Auqsburq – Frayburq 2:1
Qollar: Uduokai, 72. Engels, 81 – Qrifo, 19-pen.

23 fevral

Bayer – Maynts 2:1
Qollar: Caka, 3. Andrix, 68 – Kor, 8.

24 fevral

Borussiya (Mönxenqladbax) – Boxum 5:2
Qollar: Nqumu, 28. Vayql, 35. Rayts, 72. Sibaço, 78. Honorat, 90+6 – Hofmann, 75. Şlotterbek, 88.

Ştutqart – Köln 1:1
Qollar: Millot, 53 – Martel, 62.

Union Berlin – Haydenhaym 2:2
Qollar: Qosens, 44. Şafer, 45+2 – Dovedan, 3. Beste, 71.

Verder – Darmştadt 1:1
Qollar: Zimmermann, 8-öz qapısına – Yustvan, 33.

Bayern – Leypsiq 2:1
Qollar: Keyn, 56; 90+1 – Şeşko, 70.