26 fevral 2024 11:41
295

Xorvatiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Xorvatiyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrindəki hesablarında məlumat yayıb.

“Bu gün biz Xocalı faciəsi qurbanlarını dərin hüznlə yad edirik”, - paylaşımda qeyd edilib.